Türkiyə bu bölgənin yaradılmasında israrlıdır

© Photo : UskudarBelTrTürkiyə Prezidentinin sözçüsü İbrahim Kalın
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın mövzu ilə bağlı jurnalistlərə şərh verib

BAKI, 7 apr – Sputnik. Amerika Birləşmiş Ştatları ordusunun dünən gecədən etibarən Suriyada hökumət qüvvələrinə aid hərbi bazanı bombalamasına Türkiyənin Prezident İqamətgahından ilk açıqlama verilib. 

Sputnik Türkiyə xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın mövzu ilə bağlı jurnalistlərə şərh verib.

"Bu hücum Bəşər Əsəd rejiminin müharibə cinayətlərinə tutarlı bir cavab idi. Hərbi bazanın bombalanması, kimyəvi silahdan istifadənin cavabsız qalmayacağını göstərib. Oxşar hadisələrin yenidən yaşanmaması üçün təcili olaraq uçuşa qadağan bölgə yaradılmalıdır” – sözçü qeyd edib. 

Xəbər lenti
0