ELM

Müəllimlərin işdə qalması bu sınaqdan asılıdır

© Sputnik / Anar MustafayevBakıda orta məktəbdə dərs prosesi
Bakıda orta məktəbdə dərs prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair hələlik dəqiq qərar verməyib

BAKI, 7 apr – Sputnik. Azərbaycanda müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişikliklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib: “Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.

E.Bağırov vurğulayıb ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. Onun sözlərinə görə, bu proses  bütün müəllimləri əhatə etməyəcək: “Təbii ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər. Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Ondan sonra attestasiyanın olub-olmayacağı məlum deyil. Çünki ilkin olaraq müəllimlərin sertifikasiyasına başlamaq lazımdır”.

Xəbər lenti
0