Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Milli Məclisdə narazılıq: "Rus icmasının da sənədlərində nöqsanlar var"

Abunə olmaq
Ümumrusiya Azərbaycan Konqresinin bağlanma ehtimalı deputatların etirazına səbəb olub

BAKI, 7 apr — Sputnik. "Ümumrusiya Azərbaycan Konqresi zamanında ulu öndər Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. ÜAK ən yaxşı diaspor nümayəndələrini özündə birləşdirən təşkilatdır".

Siyavuş Novruzov - Sputnik Azərbaycan
"Azərbaycanla Rusiyanın arasını vurmağa çalışırlar"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əli Hüseynli parlamentin plenar iclasında deyib. O bildirib ki, Azərbaycan — Rusiya əlaqələri strateji mütəffiqlik səviyyəsinə yüksəlib.

"Əməkdaşlığımız səmimi xarakter daşıyır. Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı müraciəti bizdə təəssüf doğurur" — Ə. Hüseynli vurğulayıb.

Deputatın sözlərinə görə, bu təşkilat dostluq münasibətlərimizdə körpü rolunu oynayır: "Təşkilatın ləğv olunması ən son tədbirdir. Əgər araşdırsaq, rus icmasının da sənədlərində nöqsanlar var. Rusiya ictimaiyyəti bilməlidir ki, ÜAK bizi ciddi narahat edən məsələdir".

"Azərbaycandakı rus icmasının sənədlərində də çatışmazlıqlar var. Buna baxmayaraq, bizim tərəfdən heç vaxt ləğvetmə ilə bağlı məsələ qaldırılmayıb. Çünki bu, hüquqi sistemdə ən sonuncu addımdır" — millət vəkili əlavə edib.

Əli Hüseynli Ümumrusiya Azərbaycan Konqresinin bağlanması təklifi ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə və İnzibati Məhkəməsinə müraciət edilməsini təklif edib. Parlament sədri Oqtay Əsədov Ə. Hüseynlinin təklifini dəstəkləyib.

"Ümumrusiya Azərbaycan Konqresinin bağlanması bizim üçün yaxşı olmayan vəziyyətdir" — deyə, Azərbaycandakı rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin də narahatlığını dilə gətirib.

Əli Həsənov - Sputnik Azərbaycan
"Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb"

Azərbaycanda rus icmasının olduqca rahat fəaliyyət göstərdiyini deyən M. Zabelin bildirib ki, ÜAK-ın fəaliyyəti də həmişə qanunauyğun olub: "Rusiya Dövlət Dumasının deputatları ilə əlaqə saxlamışam. Bu məsələ bizi ciddi narahat edir".

Millət vəkili ümidvar olduğunu bildirib ki, məhkəmə ÜAK-ın bağlanmasına dair qərar verməyəcək və məsələ azərbaycanlıların xeyrinə nəticələnəcək.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır: "Cənab Zabelin, siz məktubla Rusiya Ədliyyə Nazirliyinə müraciət edin və bunu onlara bildirin. İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin".

M. Zabelin isə xatırladıb ki, artıq müraciət hazırlanıb və göndərilib. O, əmin olduğunu bildirib ki, bu, nəzərə alınacaq.

Xəbər lenti
0