Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva, Tehran və Dəməşqdən ABŞ-a sərt reaksiya

© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERSABŞ-ın Suriyaya hava hücumu
ABŞ-ın Suriyaya hava hücumu - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin: "ABŞ-ın Suriyaya endirdiyi zərbələri suveren dövlətə qarşı aqressiya hesab edirəm"

BAKI, 7 apr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya endirdiyi zərbələri suveren dövlətə qarşı aqressiya kimi qiymətləndirir və hesab edir ki, bu, beynəlxalq hüquq normalarını bilərəkdən pozmaqdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Удар США по базе в Сирии - Sputnik Azərbaycan
ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı

"Suriya ordusu kimyəvi silah ehtiyatlarına malik deyil. Suriya ordusunun kimyəvi silah ehtiyatlarının olmadığı BMT-nin ixtisaslaşdırılmış qurumu — Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən aşkarlanıb və təsdiqlənib" — deyə Peskov bildirib.

"Bununla belə, Putinin fikrincə, terrorçuların kimyəvi silahdan istifadə etməsi faktına göz yumulması situasiyanı əhəmiyyətli dərəcədə gərginləşdirib" —Peskov əlavə edib.

Onun sözlərinə görə, dövlət başçısı güman edir ki, ABŞ Suriyaya zərbə endirməklə dünya ictimaiyyətinin diqqətini İraqda dinc sakinlər arasında çoxsaylı qurbanların olmasından yayındırmaq istəyir.

Aralıq dənizində yerləşən ABŞ-a məxsus hərbi gəmilərin gecəyarısı Suriya ərazisini bombardıman etməsinə Suriya hökumətindən də reaksiya gəlib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi SANA, Homs vilayətindəki "Şayrat" aviabazasının Amerika ordusu tərəfindən bombalandığını təsdiqləyib.

"Bu gecə səhərə yaxın, ölkəmizin Aralıq dənizinə yaxın mərkəz bölgəsində yerləşən hərbi bazamız, Amerikaya məxsus raketlərin hədəfi olub. İtkilərimiz var" — deyə məlumatda qeyd olunur.

Məsələ ilə bağlı rəsmi Tehrandan da qısa açıqlama verilib: Suriya aerodromunun bombalanmasını qınayırıq.

Qeyd edək ki, aprelin 6-dan 7-nə keçən gecə ABŞ prezidenti Donald Trampın əmri ilə Suriyanın ordusunun istifadə etdiyi Şayrat aerodromuna qanadlı raket zərbələri endirilib. Təsdiqlənməmiş məlumata görə, dörd Suriya hərbçisi həlak olub.

Buna qədər Vaşinqton və Suriya müxalifəti rəsmi Dəməşqi İdlib əyalətinə hava hücumu zamanı zəhərli vasitələrdən istifadədə ittiham edib. Həmin hücum zamanı on nəfər həlak olub. Suriya hakimiyyəti ABŞ-ın bu ittihamlarını rədd edib.

Xəbər lenti
0