Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!

© Photo : PUBLIC DOMAINMolla Nəsrəddin jurnalı
Molla Nəsrəddin jurnalı - Sputnik Azərbaycan
Abunə olmaq
“Molla Nəsrəddin” geniş mənada türk-müsəlman dünyasının ilk satira jurnalı kimi Şərq ölkələrində satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin inkişafına ciddi təkan verib

BAKI, 7 apr — Sputnik. Satirik "Molla Nəsrəddin" jurnalının birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Cəbiş müəllim Molla Nəsrəddini yubiley münasibətilə təbrik edir - Sputnik Azərbaycan
VİDEO
Cəbiş müəllim "Molla Nəsrəddin"i yubiley münasibətilə təbrik edir

"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır."Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirib. Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. 

Xəbər lenti
0