BAKI, 7 apr — Sputnik. Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 8 aprel tarixindən etibarən nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək.
Küçənin digər hissələrində hərəkət açıq olacaq. Sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.