Prezidentin mitinqinə gedən avtobus qəzaya uğradı

© Mithat Abakan/DHA-Depo Photos via APTürkiyədə avtobus qəzası
Türkiyədə avtobus qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidentinin mitinqinə gedən avtobus qəzaya uğrayıb, ölənlər var

BAKI, 7 apr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Adanadakı mitinqində iştirak edəcək insanları daşıyan avtobus qəzaya düşüb.

Sputnik Azərbaycan-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Adanada baş verən qəza nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb.

Qəzanın baş verməsinə yolun sürüşkən olması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb olub.

Xəbər lenti
0