CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinləri bədbəxt hadisələrdən sığortalandı

© Sputnik / Murad OrujovBakıda avtobus dayanacağı
Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
Abunə olmaq
Yol nəqliyyat hadisəsi zamanı baş verə biləcək bədbəxt hadisə nəticəsində zərərçəkən sərnişinlərə dəymiş zərər ödəniləcək

BAKI, 7 apr — Sputnik. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığortalayıb. Bu barədə Sputnik Azərbaycan-a MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, şirkət Bakı şəhərində müntəzəm şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyəti həyata keçirərkən baş verə biləcək bədbəxt hadisələrin qaçılmaz olduğunu nəzərə alaraq, "İcbari sığorta haqqında" Qanuna və müvafiq qaydada təsdiq olunmuş "Avtonəqliyyat Vasitələrinin Tam Sığorta Qaydaları"na uyğun olaraq daşınmaz əmlakını və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari və könüllü qaydada tam sığortalayıb.

"Yol nəqliyyat hadisəsi zamanı baş verə biləcək hər hansı bədbəxt hadisə nəticəsində zərərçəkən sərnişinlərə sığorta şirkəti tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq sığorta ödənişi həyata keçirilir. Bunun üçün zərərçəkmiş sərnişin prosedur qaydalara uyğun olaraq aidiyyəti qurumlara (səhiyyə və hüquq mühafizə orqanları) müraciət etməklə faktı təsdiqlətməli və lazım olan sənədləri təqdim etməlidir" — MMC-dən bildirilib.

Xəbər lenti
0