Azərbaycanla İsrail arasında ikiqat vergitutma aradan qaldırılır

Abunə olmaq
Layihə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisini əhatə edir

BAKI, 7 apr — Sputnik. Aprelin 7-də keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, sənəd iki ölkə arasında ticarət və maliyyə dövriyyəsinin həcminin artmasına və vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək. Layihə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisini əhatə edir.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0