Televiziya eksperti Qulu Məhərrəmli deyir ki, bu məsələyə iki yanaşma var: “Yaxşı ki, bizim televiziya tamaşaçılarının Rusiya və Türkiyə telekanallarına baxmaq imkanı var. Tamaşaçıların xarici kanallara baxmağının səbəbi odur ki, yerli telekanalların verilişləri zəifdir. Cəmiyyəti düşündürən suallara bu televiziyalar cavab vermir. Bunun müsbət cəhəti odur ki, tamaşaçılar xarici kanallardan əlavə məlumat alırlar”.
“Mənfi cəhəti odur ki, Azərbaycan tamaşaçısı öz ölkəsində gedən proseslərdən xəbərsiz olur. Hökümətin müxtəlif sahələrdə gördüyü işlərdən xəbərsiz olur. Mən bundan qürurlanmıram ki, tamaşaçılarımız xarici telekanallara baxır. Bizim televiziyalarda olan diskussiya proqramları bəsit, məzmunsuz, maraqsız olur. Ona görə də tamaşaçı auditoriyası itir. Bunun həll yolu televiziyaların səviyyəsini qaldırmaqdır” – deyə o bildirib.