SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail və Səudiyyə Ərəbistanı vahid mövqedən çıxış etdi

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidThe United States carried out a missile attack on an air base in Syria Thursday
The United States carried out a missile attack on an air base in Syria Thursday - Sputnik Azərbaycan
Abunə olmaq
Benyamin Netanyahu: "Ümid edirəm ki, Bəşər Əsədə verilən bu cavab, İran və Şimali Koreyanı da düşündürər"

BAKI, 7 apr — Sputnik. ABŞ-ın dünən gecə Suriya ordusuna aid hərbi bazanı bombalamasına dünya dövlətlərindən ilk reaksiyalar gəlməyə başlayıb. Sputnik Azərbaycan "Jerusalem Post"a istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu, Amerikanın əməliyyatına dəstək verdiyini açıqlayıb.

"Ümid edirəm ki, kimyəvi silahdan istifadə etdiyinə görə Bəşər Əsədə verilən bu cavab, İran və Şimali Koreyanı da düşündürər. Biz cənab Donald Trampın son qərarını dəstəkləyir və alqışlayırıq" — Netanyahu bildirib.

Amerikanın əməliyyatına daha bir dəstək də Səudiyyə Ərəbistanından gəlib. Riyad hökuməti yaydığı bəyanatda, insanlığa qarşı cinayət işlədən Bəşər Əsədə layiqli cavab verilməyin vaxtı çatdığını açıqlayıb: "Günahsız körpələri, insanları kimyəvi silahlarla bombalayan zalım Bəşər Əsədə dur deməyin vaxtı yetişib. Ona görə də, biz Amerika Birləşmiş Ştatlarının Suriyadakı rejim ordusunu bombalama qərarına dəstək veririk".

İngiltərə, Fransa və Türkiyə hökumətləri də ABŞ-ın başlatdığı əməliyyata tam dəstək verdiklərini açıqlayıblar.

Xəbər lenti
0