Gəlinini öldürəndən 4 il sonra özü də öldü

© Sputnik / Aleksey FilippovКамера в следственном изоляторе, фото из архива
Камера в следственном изоляторе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
84 yaşlı qoca həbsxanada xəstəlikdən vəfat edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 apr — Sputnik. 2013-cü ildə gəlinini qətlə yetirərək həbs olunan Şəki sakini Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Sputnik Azərbaycana bildiriblər ki, 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

"Ona Penitensiar Xidmətin Müalicə Müəssisəsində lazımi tibbi yardım göstərilib. Lakin onun səhhətində çoxsaylı problemlər olub və yaşının çoxluğu da müalicənin effektiv olmasına maneçilik yaradıb" — deyə Xidmətdən bildiriblər.

Qeyd edək ki, Hüseynəli İsmayılov 4 il əvvəl yaşadığı Şəki rayonunun Baş Göynük kəndində gəlini Azadə Məmməd qızı İsmayılovanı ov tüfəngi ilə qətlə yetirmişdi.

Qoca ailə münaqişəsi zəminində 1968-ci il təvəllüdlü gəlinini ov tüfəngi ilə vurmuşdu. Azadə İsmayılova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

Qeyd edək ki, Azadə İsmayılovanın 3 uşağı var imiş. Qayınatasının onu qisas məqsədilə öldürdüyü bildirilirdi.

Dörd il həbsdə yatan qoca bu gün 84 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Mərhumun ölüm səbəbləri araşdırıldıqdan sonra nəşi dəfn üçün ailəsinə veriləcək.

Xəbər lenti
0