Avropa Gürcüstandan sonra Ukraynanın da üzünə güldü

© Flickr / European ParliamentФлаг ЕС в здании Европарламента
Флаг ЕС в здании Европарламента - Sputnik Azərbaycan
Abunə olmaq
Lakin nə ukraynalılara, nə də gürcülərə Aİ ərazisində işləmək hüququ verilmir

BAKI, 6 apr – Sputnik. Avropa Parlamenti, Gürcüstandan sonra bu dəfə də Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edib. Sputnik Azərbaycan bu barədə Avroparlamentin rəsmi saytına istinadən məlumat verir.

Müvafiq qətnamə bu gün qəbul edilib. Ona əsasən Ukrayna vətəndaşları Avropa İttifaqına üzv ölkələrə 90 gündən artıq olmayaraq vizasız səfər edə biləcəklər. Bu, sadəcə turistik və işgüzar səfərlərə aiddir. Yəni nə ukraynalılara, nə də gürcülərə Aİ ərazisində işləmək hüququ verilmir.

Xəbər lenti
0