BAKI, 6 apr — Sputnik. Sabah Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il üzrə illik hesabatına baxılacaq.
İclasda "Siyasi partiyalar haqqında", "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında", "Dövlət borcu haqqında", "Veteranlar haqqında", "Banklar haqqında", "Təhsil haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq.
İclasda həmçinin Cinayət, Mülki Prosessual, Miqrasiya və digər məcəllələrdə dəyişikliklər müzakirəyə çıxarılacaq.