BAKI, 6 apr — Sputnik. Dünən axşam radələrində Balakən rayonu, Sarıbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sarıbulaq kəndində yanğın olub
10:58 06.04.2017 (Yenilənib: 20:56 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə yanıb