Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Narkotik asılılığı ilə mübarizədə yeni müalicə

CC BY 2.0 / fdecomite / MicrochipsAsılılıqdan qurtulmağa yardım eden çip
Asılılıqdan qurtulmağa yardım eden çip - Sputnik Azərbaycan
Abunə olmaq
Dərman bədənə tam salındıqca, insanda maddə asılılığı da azalır

BAKI, 6 apr – Sputnik. Narkotik asılılığı bütün dünyanın ortaq problemi sayılır. Bu bəla ilə mübarizə üsulları inkişaf edən texnologiya sayəsində daha da genişlənir. Yeni müalicə üsullarından biri də “çip” yəni “implant” adlanır. 

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, dəri altına yerləşdirilən mikroçiplər maddə bağımlılığının azalmasına kömək edir.  

Çipli müalicədən xüsusilə heroin vuranlarda, bəzən də alkoqol düşkünü olanlarda istifadə edilir. İmplant, dərinin altına yerləşdirilən, müəyyən müddətdən sonra bədənin içinə yeridilən müalicə növüdür. Dərman bədənə tam yeridildikcə, insanda maddə asılılığı da azalır.

Lakin müalicənin effektliliyi üçün dəri altına çip yerləşdirilmədən 1 həftə əvvəl asılılığı olan şəxs narkotikdən istifadəni tam dayandırmalıdır. 

Xəbər lenti
0