BAKI, 6 apr — Sputnik. Bu gün Mərkəzi Bankda (MB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu günə USD/AZN rəsmi məzənnəsi 1,7140 səviyyəsində müəyyən olunub.