BAKI, 6 apr — Sputnik. Gürcüstanın dörd telekanalı “Azerspace-1” rabitə peyki üzərindən yayıma başlayıb.
“Report” xəbər verir ki, Azərbaycan peykinə Gürcüstanın “İmedi TV", “GDS TV", “Pirveli TV" və “Marneuli TV" kanalları qoşulub.
“Azərkosmos” ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır.
“Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş olunur” — şirkətin açıqlamasında deyilir.