BAKI, 6 apr — Sputnik. Almaniyalıların üçdə biri (43%) Avropada sağçı partiyaların populyarlığının artmasının səbəblərindən biri kimi seçkiqabağı əhəmiyyətsiz vədlərin verilməsini qeyd edir. Sputnik.Rəy sorğusunun nəticəsinə görə, britaniyalıların 33, fransalıların isə 45%-i eyni fikirdədir.
Sorğu Sputnik informasiya agentliyi və radiosu üçün TNS Global şirkəti tərəfindən keçirilib. Sorğu iştirakçılarından "Almaniya üçün alternativ" (AfD), "Milli cəbhə" (Fransa), Müstəqillik Partiyası (Böyük Britaniya) kimi partiyaların reytinqlərdə yüksəlməsinin səbəbi soruşulub.
Bu partiyaların populyarlığının səbəbləri sırasında sorğulananlar, miqrantların sayının artmasını və uğursuz iqtisadi siyasəti göstərirlər. Fransalıların təxminən yarısı (45%) millətçilərin reytinqinin artmasını yerinə yetirilməmiş vədlərlə və bir o qədəri də miqrantların sayının artmasıyla əlaqəndirir.
Almaniya əhalisinin çox hissəsi (52%) sağçıların populyarlığını daha çox miqrasiyanın yüksək səviyyəsinə, bir hissəsi (17%) isə uğursuz iqtisadi siyasətə bağlayır. Eyni zamanda, britaniyalıların təxminən yarısı (49%) belə partiyaların populyarlığının artmasının səbəbini yüksək miqrasiya ilə əlaqələndirir.
Miqrantların sayının artmasına səbəb kimi daha çox yaşlı nəslin nümayəndələri, əsasən də 55-64 yaş arası əhali qeyd edib. Gənclər bu cür vəziyyətin yaranmasını cəmiyyətdə islahatlara ehtiyacın olduğu ilə izah edirlər.
Sorğu TNS Global şirkəti tərəfindən 16-22 fevral 2017-ci il tarixlərində keçirilib. Sorğuda Almaniya, Böyük Britaniya və Fransada 3055 respondent iştirak edib.
Sputnik.Rəy layihəsi haqda
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.
Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.