CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Aparatında Avrokomissiyanın missiyası ilə görüş olub

© REUTERS / Francois LenoirAİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar
Aİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Aparatın rəhbəri Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandata uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında danışıb

BAKI, 6 apr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi proqramların monitorinqini aparan Monika Zabelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

A.Səfixanlı Omubdsman təsisatının yaradılması, mandatı, fəaliyyət istiqamətləri, beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə bu qurumun Şərq Tərəfdaşlığı, TAİEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Almaniya və Polşanın birgə iştirakı ilə hazırda həyata keçirilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafisi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun icrasına nəzarət sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə etməkdədir.

Aparatın rəhbəri Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandata uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında danışıb, eyni zamanda təsisatın milli insan hüquqları institutu, habelə Milli Preventiv Mexanizm (MPM) vəzifələrini yerinə yetirdiyini bildirib.

Ombudsmanın fəaliyyəti dövründə dövlət qurumlarına insan hüquqlarının təkmilləşməsi üzrə çoxsaylı təkliflərin verildiyi və bu təkliflərin böyük bir qisminin həyata keçirildiyi diqqətə çatdırılıb.

Xəbər lenti
0