BAKI, 6 apr-Sputnik. Avropa özünü tükəndirib və "çürüyən qitə"yə çevrilib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
"Bu gün Avropa çürüməkdə olan qitədir, onun nə Türkiyəyə, nə də beynəlxalq ictimaiyyətə deyəcək heç bir sözü yoxdur. Avropa tükənib və hazırda düşdüyü vəziyyət ona baha başa gələcək. Avropalıların əsrlərlə müdafiə etdiyi dəyərlərdən imtina edilib" — deyə Ərdoğan Balıkəsirdə Konstitusiya dəyişikliklərinə dair referendumla bağlı keçirilən mitinqdəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Avropa ölkələrində insan hüquqları pozulur, demokratiya normalarına əməl olunmur.
"Avropa artıq demokratiyanın mərkəzi yox, zorakılıq və nasizmin mərkəzidir" — deyə Türkiyə prezidenti əlavə edib.
Xatırladaq ki, Almaniya və Niderland aprelin 16-da Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliği ilə əlaqədar Avropadakı vətəndaşlarına müraciət üçün gedən türk nazirləri ölkəyə buraxmayıb. Bundan sonra Türkiyə-Avropa Birliyi münasibətlərində gərginlik yaranıb.