Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Professor: “Ölkəyə kənardan insan orqanı gətirməyə ehtiyac yoxdu”

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Abunə olmaq
Adil Qeybulla: “Daxili resurslar hesabına orqan bankı yaranmalıdır”

Adil Qeybulla: “Bizdə adətən yaxın qohumları ölünü yarmağa qoymurlar”
Azərbaycana gözün buynuz qişası Səhiyyə Nazirliyinin xüsusi icazəsi əsasında gətiriləcək.  

Professor Adil Qeybulla deyir ki, istənilən bir orqanın bankının yaradılması imkan daxilində daxili resurslar hesabına olmalıdır: “Orqan nəqlinin kənardan təşkilinə ehtiyac yoxdur. Bu, dünyada belə təşkil olunmayıb. Bizdə donor mənbəyi üçün orqanın götürülməsinə şərait yaradılmalıdır. İnsanları buna hazırlamaq lazımdır”.

“Gənc bir insan beyin ölümü keçiribsə, donor üçün hazırdırsa, valideynləri ona icazə verməyəcək. Çünki bizdə heç ölünü yarmağa qoymurlar. Bu şeylər həll olub daxili resurslar hesabına orqan bankı yaranmalıdır. Orqanların özünün kənardan idxalı kriminal hadisələrə yol açan məsələdir. Dünyada orqan qaçaqmalçılığı ilə məşğul olan çox sayda dəstələr var. Afrikadan və dünyanın qeyri-hüquqi ölkələrindən müəyyən cinayət yolu ilə oğurlanmış orqanlarının satışı ilə məşğuldurlar. Yəni, bizə bu şəkildə kənardan orqan nəqlinə ehtiyac yoxdur. Biz daxili resusrlarımız hesabına, qanuni yollarla bu işləri görməliyik” – deyə o bildirib.

Xəbər lenti
0