Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “İstənilən məhdudlaşdırma biznesə mənfi təsir göstərir”

© Photo : Facebook / natig.jafarliНатик Джафарли
Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Cəfərli: “Bu məhdudlaşdırma sərbəst pul vəsaitlərindən istifadə etmək hüququnu pozur”

Natiq Cəfərli: “Bu, Azərbaycanın investitsiya mühiti üçün neqativ imic yaradan addımdır”
Banklar vergidən yayınmanın qarşısını almaq üçün bəzi əməliyyatları məhdudlaşdırıb. Azərbaycan Mərkəzi Bankı (AMB) bununla bağlı martın 17-də banklara məktub göndərib.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, istənilən məhdudlaşdırıcı addım potensial investorları və iqtisadi oyunçuları çəkindirici və qorxuducu addım sayılır: “Bank sferasında istənilən məhdudlaşdırma biznesə mənfi təsir göstərir. Əgər qanunda belə bir boşluq yaranıbsa, qanunvericilikdə müəyyən bir dəyişiklik edilməlidir”.

“Bank əməliyyatlarına hər hansı bir qadağanın qoyulması mülkiyyət hüququnun pozulması məsələsini gündəmə gətirə bilər. Fiziki və hüquqi şəxslərin vəsaiti onların əmlakı sayılır. Bu məhdudlaşdırma onların əllərində olan sərbəst pul vəsaitlərindən istifadə etmək hüququnu pozur. Belə qadağaların olması ölkənin cəlbediciliyini azalda bilər. Belə məhdudlaşdırıcı addım Azərbaycanın investitsiya mühiti üçün neqativ imic yaradan addımdır” – deyə o bildirib.

Xəbər lenti
0