Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki uşaq atası özünü asdı

Abunə olmaq
Onun meyiti yaşadığı evin tavanından asılı vəziyyətdə aşkar edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Balakən rayonunda iki uşaq atası intihar edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaysa kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Rəfael Əli oğlu Nuriyevin meyiti yaşadığı evin tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Araşdırma zamanı iki övlad atası olan Rəfael Nuriyevin intihar etdiyi məlum olub.

Bildirilir ki, R. Nuriyev son illər əsəb xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər lenti
0