BAKI, 5 apr – Sputnik. Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları bundan sonra da Britaniyaya sərbəst daxil ola və çıxa bilər. Sputnik Azərbaycan Express-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey Yaxın Şərqə səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
“İttifaqdan ayrılmağa qərar versək də, Aİ-yə üzv ölkələrin əhalisi əvvəl olduğu kimi, yenə də Britaniyaya sərbəst gəlib-gedə bilərlər” – Mey bildirib.
Onun sözlərinə görə, Brexit qərarının ən mühüm səbəbi britaniyalıların öz sərhədlərinə və immiqrasiya siyasətinə nəzarət etmək istəyidir.