BAKI, 4 apr — Sputnik. Bakıda bu gecə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam edəcək.
"Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, analoji işlər bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində aparılacaq. Məlumatda bildirilir ki, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.