BAKI, 4 apr — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il aprelin 1-nə 4 mlrd. 432,7 mln. dollar təşkil edib. Sputnik Azərbaycan AMB-yə istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1,45% və ya 63,4 mln. dollar çoxdur.
Mart ayının 1-ə AMB-nin ehtiyatları 4 mlrd. 369,3 mln. dollar olub. Bu ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 458,3 milyon dollar artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə 366,9 mln. dollar və yaxud 9% artıb.