BAKI, 4 apr — Sputnik. Suriya prezidenti Bəşər Əsəd və ailəsinin İspaniyadakı daşınmaz əmlakına həbs qoyulub.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsi qərar çıxarıb.
Məlumata görə, məhkəmə Əsəd və ailəsi haqqında “çirkli pullar”la bağlı ittiham irəli sürüb.
Xəbərdə bildirilib ki, Əsəd və ailəsinin İspaniyada 691 milyon dollar dəyərində daşınmaz əmlakı var.