CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu əməllərə görə cərimələr 6 dəfə artırılır

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılır

BAKI, 4 apr — Sputnik. Azərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılır. "Report"un xəbərinə görə, hazırda Cinayət Məcəlləsinə əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, cəzanın cəriməsinin miqdarının 8 min manatdan 12 min manatadək artırılması təklif edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0