Dünyanın ən gözəl ikinci qadınını sadəcə bu müğənni arxada qoydu

© AP Photo / Jordan StraussHindistanlı aktrisa və maneken Priyanka Çopra
Hindistanlı aktrisa və maneken Priyanka Çopra - Sputnik Azərbaycan
Abunə olmaq
Hollivud ulduzları Emma Vatson, Bleyk Livli və Ancelina Coli kimi ulduzları geridə buraxan hindistanlı oyunçu Priyanka Çopra “dünyanın ən gözəl ikinci qadını” seçilib

BAKI, 4 apr – Sputnik. Los-Ancelesdə yerləşən Buzznet adlı internet səhifəsinin keçirdiyi “dünyanın ən gözəl qadını” səsverməsinin nəticələri açıqlanıb. 

Səsvermənin qalibi pop divası Beyons olsa da, əsas diqqət ikinci ada yönəlib. Dünyanın ən məşhur ulduzlarını keçərək ikinci yeri tutan bu şəxs hindistanlı aktrisa və maneken Priyanka Çopra olub.

2000-ci ildə dünya üzrə keçirilən gözəllik müsabiqəsində “Kainat Gözəli” seçilən Çopra, Twitter hesabından paylaşdığı mesajda onu dəstəkləyənlərə təşəkkür edərək yazıb: “Beyons mənim üçün də 1 nömrədir!!!”

Yaxında ekranlara çıxacaq "Bayvotç" ("Baywatch") filmində baş rolun ifaçısı Çopranın ikinci yeri tutduğu siyahıda Türkiyə aktrisasının da adı var. Azərbaycan seyrçilərinə də bir çox filmlərdəki və teleseriallardakı rolları ilə tanış olan Fəxriyə Evcen, internet səsverməsində doqquzuncu yeri tutub. 

İlk onluq belədir: 

Beyons

Priyanka Çopra

Teylor Hill

Emma Vatson

Dakota Conson

Hillari Klinton

Margot Robbi

Ancelina Coli

Fəxriyə Evcen

Aleksandra Daddario

Xəbər lenti
0