Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Rusiyanın terroçulara qarşı mübarizəsi daha da şiddətlənəcək”

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: “Bundan sonra Rusiya Suriyada terroçuların mövqelərinə daha ciddi zərbələr vura bilər”

Elxan Şahinoğlu: “Hansısa ərəb mənşəli terroçu Rusiyanın paytaxtına gəlib çıxa bilməzdi”
Dünən Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində partlayış törədilib. Partlayış "Sennaya ploşad" və "Texnologiya İnstitutu" stansiyalarında baş verib.

Politoloq Elxan Şahinoğlu deyir ki, Sankt-Peterburqdakı partlayışı iki qüvvə həyata keçirə bilərdi: “Bu partlayışı ya şimali Qafqazdakı gizli qruplardan biri, ya da İŞİD-ə bağlı şəxslər törədə bilərdi. Amma bütün hallarda bunun terror hadisəsi olduğunu hər kəs qəbul edib. Düşünürəm ki, Rusiya bu hadisədən sonra terrorçulara qarşı mübarizəni daha da şiddətləndirəcək. Rusiya Şimali Qafqazada meşələrdə gizlənmiş gizli qruplara qarşı əməliyyatları genişləndirə bilər, həmçinin Suriyada terroçuların mövqelərinə daha ciddi zərbələr vura bilər”.

“İŞİD Rusiyada terror aktı törətmək istəyəndə Rusiyanın Şimali Qafqaz mənşəli vətəndaşlarından və Mərkəzi Asiya vətəndaşlarından istifadə edir. Səbəb də budur ki, Mərkəzi Asiya ölkələri ilə Rusiya arasında vizasız gediş-gəliş imkanları var. Aydındır ki, İŞİD-in göndərdiyi hansısa ərəb mənşəli terroçu Rusiyanın paytaxtına gəlib çıxa bilməz” – deyə o bildirib. 

Xəbər lenti
0