Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan Qazaxıstan üçün vacib ölkədir”

© Sputnik / Murad OrujovВстреча с журналистами на тему "Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы"
Встреча с журналистами на тему Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Vəlizadə: “Ticarət mübadiləmiz çox aşağı səviyyədədir”

İlqar Vəlizadə: “Ümumi məsələlərdə hər iki ölkənin yanaşması eynidir”
Aprelin 2-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycanın Qazaxstanla münasibətləri son illər yüksələn xətlə inkişaf edir: “Buna səbəb tərəflərin dünyada, regionda gedən proseslərə eyni gözlə baxmasıdır. Azərbaycan Qazaxıstan üçün vacib ölkədir. Hər iki ölkə yerləşdiyi regionda böyük yer tutur. Hər iki ölkənin iqtisadi potensialı çox yüksəkdir. Hal-hazırda ticarət mübadiləmiz çox aşağı səviyyədədir ”.

“Trans regional layihələrin həyata keçirilməsi ticarət dövrüyyəsinin artmasına imkan yaradacaq. Eyni zamanda iki ölkə siyasi arenada portnyorluq əlaqələrinə malikdir. Ümumi məsələlərdə hər iki ölkənin yanaşması eynidir. Bu da imkan yaradır ki, həm bu səfər uğurlu olsun, həm də təkcə ikitərəfli əməkdaşlığa yox, regionda gedən proseslərə müsbət təsir göstərsin” – deyə o bildirib. 

Xəbər lenti
0