Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan və Qazaxıstan 25 ildə tarix yazıb”

© Sputnik / Murad OrujovВидеомост Баку-Астана по итогам визита президента Казахстана
Видеомост Баку-Астана по итогам визита президента Казахстана - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Sadıxov: “Hər iki dövlət öz regionunda aparıcı oyunçuya çevrilib”

Fikrət Sadıxov: “İmzalanan sazişlər iki tərəfli münasibətlərin daha güclənməsinə təkan verəcək”
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycan və Qazaxıstan münasibətlərinin 25 illiyi tarixdir: “Eyni zamanda bizə bəllidir ki, diplomatik münasibətlərdən əvvəl bizi bağlıyan tarixi köklər çox güclüdür. Dini, mədəni, tarixi əlaqələr münasibətlərin bu səviyyəyə çatmasında önəmli rol oynayan amillərdir. Bu da hər kəsə məlumdur ki, iki ölkə son zamanlar geniş əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki dövlətin maraqlarına cavab verir. Hər iki dövlət öz regionunda aparıcı oyunçuya çevrilib”.

“Bizi birləşdirən bir sıra məqamlar var. Bizim daim genişlənən ticari əlaqələrimiz var. Həmçini siyasi əlaqələrdə çox güclüdür. Dövlət başçıları müxtəlif yerlərdə daim görüşür. İki ölkə iri miqyaslı layihələrin iştirakçısıdır. Düşünürəm ki, Qazaxıstan prezidentinin bu dəfəki səfəri zamanı imzalanan sazişlər iki tərəfli münasibətlərin daha güclənməsinə təkan verəcək” – deyə o bildirib.

Xəbər lenti
0