BAKI, 3 aprel — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın baş müşaviri, həm də kürəkəni olan Jared Kuşner ilk rəsmi səfərini İraqa edib. Sputnik Azərbaycan bu barədə CNN-ə istinadən məlumat yayıb.
J. Kuşnerə İraqa getməsi ilə bağlı təklifi Amerikanın Baş Qərargah rəisi Cozef Danfor edib. Məlumata görə, Trampın kürəkəninin İraqa səfərində əsas məqsəd Haydar əl-İbadi hökumətinə ABŞ-ın dəstəyini göstərməkdir.