Qazaxıstanda 130 min azərbaycanlı yaşayır

© Official website of President of Azerbaijan RepublicQazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazarbayev: "Qazaxıstanla Azərbaycan arasında əmtəə dövriyyəsini bir neçə dəfə artırmaq imkanı var”

BAKI, 3 apr — Sputnik. “Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə geniş tərkibdə görüşü zamanı deyib. 

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü - Sputnik Azərbaycan
İlham Əliyev: “Qazaxıstanla mövqelərimiz üst-üstə düşür”

“Biz həqiqətən bütün məsələləri müzakirə etdik. İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey – bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə — bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir” — deyə o vurğulayıb.

İqtisadi-siyasi, mədəni-humanitar məsələlərə gəldikdə isə N. Nazarbayev bildirib ki, münasibətlərimi bir daha vurğulamaq üçün gənclərin qarşılıqlı olaraq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirilməlidir: “Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik. Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq”.

Xəbər lenti
0