BAKI, 3 apr — Sputnik. Bu gün səhər Türkiyənin Mərsin vilayətində polis maşınına bombalı hücum edilib. Nəticədə 2 polis yaralanıb.
Sputnik Türkiyə xəbər verir ki, naməlum şəxs polis maşınına tərəf partlayıcı ataraq ərazidən qaçıb. Xoşbəxtlikdən polislərdən heç birinin vəziyyəti ağır deyil. Hazırda cinayətkarın tapılması üçün əməliyyat-axtarış işləri davam edir.