Nazirlik son vəziyyəti açıqladı

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidDağ çayı
Dağ çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə çaylarında su səviyyəsi artıb

BAKI, 3 apr — Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir. Bu barədə Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsi - Sputnik Azərbaycan
Kür çayının suyu azalır

Aprelin 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 243 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 258 m3/s olmaqla ongünlük normanın 55 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 147 m3/s təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 21, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 8 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il aprelin 3-də 453 sm), Şirvanda 249 sm (2016-cı il Aprelin 3-də 335 sm), Salyanda 181 sm (2016-cı il aprelin 3-də 234 sm), Bankədə 192 sm (2016-cı il aprelin 3-də 216 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2016-cı il aprelin 3-də 170 sm) təşkil edir.

Xəbər lenti
0