BAKI, 3 apr – Sputnik. Ekvadorda keçirilən prezident seçkilərinin qalibi Lenin Moreno olub. Sputnik Azərbaycan ABC-ə istinadən xəbər verir ki, hökumətdəki “Ölkə alyansı” partiyasının namizədi olan Leninin sevinci çox çəkməyib.
Belə ki, onun seçilməsini həzm edə bilməyən müxaliflər paytaxt meydanlarına axın edərək etirazlara başlayıblar.
Səslərin 51%-ni yığan Morenonun rəqibi, 49% səslə ikinci olan Gilyermo Lasso tərəfdarları qarşısında çıxış edərək, nəticələrin saxta olduğunu söyləyib.