Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Əcnəbilər Bakıda ev almaqda maraqlı deyil”

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Osmanlı: “Əmlak bazarında dəyişiklik müşahidə olunmayacaq”

Ramil Osmanlı: “Artıq əmlak bazarında stabillik yaranıb”
Azərbaycana turistlərin gəlməsi kirayəyə verilən evlərin qiymətinin artımına birbaşa təsir edən səbəblərdən biridir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, turist axınının əmlak bazarına təsiri əsasən kirayə bazarında aktivliklə müşahidə olunur: “Mərkəzə yaxın yerlərdə kirayəyə verilən mənzillərin qiymətində cüzi artımlar müşahidə olunur. Amma bu elə də əhəmiyyətli qiymət artımı deyil. Müşahidələr göstərir ki, xarici vətəndaşların Azərbaycanda əmlak almağa marağı o qədər də yüksək deyil. 2008-2009-cu illərdə bu maraq həddindən artıq çox idi. İndi bu maraq çox azalıb. Bu ölkədəki iqtisadi vəziyyətlə bağlıdır”.

“Düşünürük ki, qarşıdakı zaman ərzində əmlak bazarında dəyişiklik müşahidə olunmayacaq. Əksinə, ilin əvvəlində ipoteka kreditlərinin bərpası nəticəsində müəyyən dinamika, nisbi qiymət artımları müşahidə edirdik. Təqribən 2-3 faizlik qiymət artımı baş verirdi. Amma bu da artıq dayanıb, bazarda stabillik yaranıb. Bu da ondan irəli gəlir ki, artıq müraciətlərin səviyyəsi əvvəlki kimi deyil. İpoteka üçün əlçatan olan mənzillərin qiymətində 2-3 faizlik artım olub. Ancaq qarşıdakı aylarda bu artımın davam edəcəyini gözləmirik” – deyə o bildirib.

Xəbər lenti
0