CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda daha bir mərkəzi küçə təmirə bağlanır

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yol aprelin 3-dən 4-nə keçən gecədən etibarən, təmir işləri bitənədək bağlı olacaq

BAKI, 3 apr — Sputnik. Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda qeyd edilən yollarda təmir işlərinin aparılacağı bildirilib. 

Xəbərdə qeyd edilib ki, həmin istiqamətdə hərəkətin məhdudlaşdırılması aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.

"Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər", — deyə xəbərdə əlavə edilib.

Xəbər lenti
0