Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir dəhşətli qardaş-bacı cinayəti

Abunə olmaq
Şabran rayonunda qardaş özündən 5 yaş böyük bacısını bıçaqlayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 apr — Sputnik. Şabran rayonunda ailə cinayəti baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qardaş bacısını bıçaqlayıb.

Приставленный к горлу нож, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda bacı-qardaşın başını kəsdilər

Hadisə Şabran şəhəri, M.Rəsulzadə küçəsindəki mənzillərdən birində törədilib. 24 yaşlı Nurşan Pzayev özündən 5 yaş böyük bacısı Seyidcan Paşayevaya bıçaqla xəsarət yetirib. Sol döş nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alan S. Rzayeva Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Şabran Rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata görə, xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Nurşan Paşayev Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun bacısını ailədə yaranan münaqişə zəminində bıçaqladığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0