SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Azərbaycan nə Avropa, nə də Avrasiya İttifaqına üzvlüyü düşünmür”

© Sputnik / Murad OrucovDövlət Bayraq Meydanı
Dövlət Bayraq Meydanı - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Rəsmi Bakı hər iki blokla da yaxşı münasibətlərin tərəfdarıdır və Azərbaycanın bu siyasətini iki tərəf də normal qarşılayır"

BAKI, 3 apr – Sputnik. “Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq”.

Bunu Sputnik Azərbaycan-a, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfərini şərh edən millət vəkili Aydın Mirzəzadə deyib: “Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələrdir. Onlar arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. N. Nazarbayevin Bakıya səfərinin məqsədi bu münasibətləri daha da gücləndirmək və yeni əməkdaşlıq sahələri axtarmaqdır. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ölkəmizlə münasibətlərə xüsusi diqqət ayıran bir ölkədir. Qazax dostlarımız hər zaman bütün beynəlxalq müstəvilərdə bizim tərəfimizdə durublar. Mən cənab Nazarbayevin səfərini çox yüksək qiymətləndirirəm”. 

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü - Sputnik Azərbaycan
İlham Əliyev: “Qazaxıstanla mövqelərimiz üst-üstə düşür”

O, son zamanlar Avropadan Şərq ölkələrinə qarşı olan siyasi təzyiqlərin artması fonunda Azərbaycanın üzünü Avrasiya İqtisadi Birliyinə yönəldib-yönəltməyəcəyinə dair deyib: “Azərbaycan nə Avropa İttifaqına, nə də Avrasiya Birliyinə üzvlük haqda düşünmür. Rəsmi Bakı hər iki blokla da yaxşı münasibətlərin tərəfdarıdır və Azərbaycanın bu siyasətini iki tərəf də normal qarşılayır”. 

Nursultan Nazarbayevin Bakıya səfərini Sputnik Azərbaycan-a politoloq Arzu Nağıyev də dəyərləndirib: “Qazaxıstan istər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, istərsə də digər məsələlərdə hər zaman Azərbaycanın yanında yer alan dost və qardaş dövlətdir. Ümumiyyətlə, bu ölkə beynəlxalq problemlərin həllində günü-gündən rolu artan bir ölkədir. Buna Suriyanı misal çəkmək olar. Bildiyimiz kimi, Suriyada atəşkəsin olması ilə bağlı Astanada sammit keçirildi. Qısası, Qazaxıstanın qlobal siyasətdə rolu artmaqdadır. Nursultan Nazarbayevin Bakıya səfərini, imzalanan sənədləri çox əhəmiyyətli hesab edirəm”. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi - Sputnik Azərbaycan
İlham Əliyevlə Nursultan Nazarbayev arasında görüş olub

Arzu Nağıyev, Qazaxıstanın Avrasiya İqtisadi Birliyində aparıcı ölkə olmasına baxmayaraq, Azərbaycanın bu ittifaqa qoşulmağa maraqlı olmadığını deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunmasında son dərəcə vacib rol oynayan dövlətdir. Avropanın özü heç vaxt Azərbaycanı itirmək istəməz. Eynilə də, ölkəmiz Avropa dəyərlərinə daha önəm verən siyasi xətt izləyir və bu yolu da özü seçib. Bununla yanaşı, rəsmi Bakı Avrasiya İqtisadi Birliyi ilə qarşılıqlı əlaqələrin olmasında maraqlıdır. Çünki əgər Avropadan daha da çox təzyiqlər olarsa, ölkəmiz sıxışdırılarsa, Avrasiya bloku ilə asanlıqla ittifaq münasibətləri qurula bilər”. 

Qeyd edək ki, Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev bu gün dövlət başçısı İlham Əliyevlə görüşüb. 

Liderlərin görüşündə iki ölkə arasında iqtisadi sahələri əhatə edən vacib sazişlər imzalanıb.

Xəbər lenti
0