BAKI, 3 apr — Sputnik. Hərbi bloqçu, Vkontakte sosial şəbəkəsində Azərbaycan Silahlı Qüvvələri barədə hərbi-diskussiya klubunun administratoru Tofiq Şahmuradov ötən ilin aprel döyüşləri zamanı ordumuzun Goranboy-Tap Qaraqoyunlu iqtiqamətində əks hücumunun nəticələrinə dair film hazırlayıb.
Filmdə ordumuzun Ermənistanın işğalçı qüvvələrinin "Ohanyan xətti" kimi tanınan möhkəmləndirilmiş müdafiə xəttini yarmasından, həmin istiqamətdə 7 kilometr dərinliyə qədər irəliləyərək düşmənin nəzarətində olan bütün strateji yüksəklikləri ələ keçirməsindən bəhs olunur. Filmdə sözügedən ərazilərdən canlı görüntülər, şahidlərin, hərbçilərin fikirləri, erməni hərbçilərin aprel döyüşlərindən sonrakı etirafları, erməni generalı Arkadi Ter-Tadevosyanın aprel döyüşlərini qiymətləndirməsi, erməni xüsusi təyinatlılarının döyüşdən qaçması və məhv edilməsi kadrları əksini tapıb.
"Döyüş gündəliyi-Talış" adlanan həmin filmin təqdimatı artıq bəzi hərbi hissələrdə təşkil olunub, YouTube şəbəkəsində yayılıb.
Bu filmi müəllif şəxsi təşəbbüsü və imkanları ilə hazırlayıb. Məqsəd ölkəmizdə vətənpərvərlik hissinin inkişafına töhfə verməkdir.
Sputnik Azərbaycan oxucular üçün maraqlı olacağını nəzərə alaraq, bu filmi təqdim edir: