“Əvvəlki dövrdə rəsmi qaydada 11 il 9 ay əmək fəaliyyəti ilə məşğul olan şəxs əmək pensiyasına çıxa və bu imkanlardan yararlana bilmirdi. Ola bilərdi ki, şəxs 11 il ərzində kifayət qədər yüksək məbləğ ödəyib. Bu kimi məqamlar kifayət qədər baş verirdi. Bu, müsbət addım kimi qiymətləndirilir. İnsanların beynində staj xofunun aradan qaldırılmasına gətirib çıxardacaq. Həmçinin, bu, əmək müqaviləsinin bağlanmasına, əmək haqqının düzgün göstərilməsinə, əmək fəaliyyətinin leqallaşdırılmasını təşviq edəcək”.
Bununla yanaşı ekspert təqaüd yaşının artırılmasını məqbul hesab etmir. “Son 10-15 ildə Azərbaycanda həyat səviyyəsi və buna uyğun olaraq da orta ömür səviyyəsində müəyyən irəliləyişlər var. Amma bu, inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Pensiya yaşının artırılması bir çox vətəndaşların pensiya imkanlarından istifadəsini mümkünsüz edəcək”.