Azərbaycan cəmiyyəti bir qədər mühafizəkar cəmiyyət olduğundan evdə it-pişik saxlamağa heç də hamı yaxşı baxmır. Təbii ki, biz bu heyvanları şəhər şəraitində saxlamaqdan söz açırıq.
Bir çoxları bu məsələyə etirazlarını gigiyena ilə əlaqələndirir, başqaları isə xərc baxımından evə əlavə sakin istəmir. Həqiqətən də ərzaq məhsullarının heç də ucuz olmadığı dövrdə ev heyvanlarını yedirmək bahalı bir əyləncə ola bilər. Lakin ev heyvanlarının xərcləri heç də qida ilə məhdudlaşmır.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada siz ev heyvanlarına çəkilən xərclərlə konkret rəqəmlər əsasında tanış ola bilərsiniz.