BAKI, 1 apr — Sputnik. Balıkəsirdəki Cümhuriyyət Meydanında keçirilən mitinqdə çıxış edən CHP-nin sabiq sədri Dəniz Baykal xalqa Konstitusiya dəyişikliyi məqsədilə Türkiyədə keçiriləcək referendumla bağlı qəribə çağırış edib.
"Artıq məsuliyyət sizindir. Qarşınızda vəzifə dayanıb. Hər biriniz sözünüz keçən hər kəsə deyəcəksiz:"Gəl bura, bu vətən qarşısında borcdur, əsgərlik kimi bir şeydir". Bir-birinizə qız alıb verərkən "sən referendumda səs vermisən?" deyə soruşacaqsan. Referenduma gəlib səs verməyənə, qız verməyin!" — deyə Baykal bildirib.
Referendumda səs vermənin əhəmiyyətinə diqqət çəkən Baykal deyib: "Get vəzifəni yerinə yetir, qardaşım. Hər kəs ayağa qalxsın və 16 apreldə seçki məntəqəsinə getsin, tarixi vəzifəsini özünə, millətinə, Mustafa Kamala etdiyi hörmət çərçivəsində yerine yetirsin".
Baykal və partiyadaşları çıxışlardan sonra mitinq içtirakçılarına qərənfil paylayıblar.