BAKI, 1 apr-Sputnik. Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 154 nəfər ölüb.
Xeyli insan itkin düşmüş hesab edilir.
Kolumbiyanın "El Heraldo" portalı təbii fəlakət nəticəsində 180 nəfərin xəsarət aldığını, 200 nəfərinsə itkin düşdüyünü bildirib.
Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir.
Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.