BAKI, 1 apr — Sputnik. Prezident İlham Əliyev millət vəkili Vahid Əhmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan president.az saytına istinadla xəbər verir ki, sərəncama əsasən Vahid Qazməmməd oğlu Əhmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Vahid Əhmədovun 70 yaşı tamam olur. O, 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. Hazırda Milli Məclisin deputatıdır.