"Binə" ticarət mərkəzi yenə yandı

© Sputnik / Murad OrucovTicarət mərkəzinin əsas girişi
Ticarət mərkəzinin əsas girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Adamlara və ticarət məhsullarına dəyən zərərlə bağlı məlumat verilməyib.

BAKI, 1 apr-Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda "Binə" ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in yaydığı məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub.

Artıq yanğının qarşısı alınıb. Adamlara və ticarət məhsullarına dəyən zərərlə bağlı məlumat verilməyib.

Xatırladaq ki, bu, sözügedən ticarət mərkəzində baş verən ilk yanğın hadisəsi deyil. Son illərdə orada dəfələrlə yanğın olub və hər dəfə də iş adamlarına külli miqdarda maddi zərər dəyib.

Xəbər lenti
0