İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 31 mart – Sputnik. Qəbələdə baş verən qanlı hadisənin təfərrüatları məlum olub. Xatırladaq ki, Qəbələdə Böyük Pirəli kənd sakini 35 yaşlı Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.
Boynundan və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Afət Ağababayevanın bir azyaşlı uşağı qalıb. Yaxınlarının sözlərinə görə, həmin gün mərhumun ad günü olub. Hadisə isə qısqanclıq zəminində baş verib. Həmçinin mərhum, qatil və mərhumun atası arasında daha öncə də münaqişələrin baş verdiyi bildirilir.
Qeyd edək ki, hadisəni törədən şəxs tutulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.